Bakı. Mübariz Aslanov – APA. İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanuni layihəsi hazırlanıb.
Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına da daxil edilib və yazın günlərdə müzakirəyə təqdim olunacaq. Layihəyə əsasən Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub və ya olmaması məsələsinə baxma hüququnu əldə edəcək.
Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə orqanın üzvüdür.