Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsi ölkə üzrə 70%-ə çatdırılacaq

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsi ölkə üzrə 70%-ə çatdırılacaq
# 25 oktyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Gələn il Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsinin ölkə üzrə 70 faizə çatdırılması planlaşdırılır. Bu da rəqəmlə təxminən 100 min müəllimi əhatə edəcək”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu ilin noyabr-dekabr aylarında ölkənin 26 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Nazir müavini vurğulayıb ki, onlar üçün yeni əməkhaqqı sisteminin tətbiqinə isə gələn ildən başlanması nəzərdə tutulur. Hazırda Təhsil Nazirliyinin işçi qrupunun həmin rayonlarda səfərdə olduğunu deyən C.Bayramov qeyd edib ki, görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir: “Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq. Azərbaycan müəllimlərin diaqnostik qiymətləndirmənin keçirilməsinə iki il əvvəl başlanılıb. İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçirilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının və bunun əsasında əməkhaqqının hesablanması həyata keçirilib. Ötən tədris ilində ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirmə davam etdirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR