Gəncədə avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var

Gəncədə avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 15 avqust 2016 13:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sərnişin daşıyan avtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında baş verib.

Şəhərdə 9 saylı xətt üzrə sərnişin daşıyan, şəhər sakini 1960-cı il təvəllüdlü İlqar Quliyevin idarə etdiyi “Hyundai” markalı avtobus Oğuz rayon sakini, 1958-ci il təvəllüdlü Aydın Atakişiyevin idarə etdiyi “”KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtobus sürücüsü və bir sərnişin xəsarətlər alıb. Sərnişin Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR