“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası A. Ş."-nin istiqrazlarının satışı tamamlanıb.
"APA-Economics" xəbər verir ki, bankın 37 mln. 500 min lirəlik (19 mln. 770 min manat), tədavül müddəti 90 gün olan istiqrazları xüsusi sərmayəçilərə satılıb.
İllik faiz dərəcəsi 11,25% olan istiqrazların ödəmə tarixi 24 yanvar 2017-ci ildir.