Nazirlər Kabineti: Ermənistanla münaqişə 2015-ci ildə xarici siyasətin əsas prioriteti olaraq qalıb

Nazirlər Kabineti: Ermənistanla münaqişə 2015-ci ildə xarici siyasətin əsas prioriteti olaraq qalıb
# 03 mart 2016 15:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistan-Azərbaycan münaqişəsi 2015-ci ildə Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti qalmaqda davam edib”.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, Xarici İşlər Nazirliyi ardıcıl olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli istiqamətində səylərinin davam etdirib: “Ötən il ərzində təmas xəttində atəşkəsin pozulması, eləcə də Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə qanunsuz hərbi fəaliyyət göstərilməsi və hərbi təlimlərin keçirilməsi halları ilə bağlı diplomatik nümayəndəliklərə müvafiq təlimatlar verilib. Ermənistanın təxribatları haqqında dünya ictimaiyyətinin məlumatlandırılması məqsədi ilə XİN-in çıxışla etdiyi açıqlamaların beynəlxalq təşkilatlarda və Azərbaycanın diplomatik nümayəndəliklərinin akkreditə olunduğu ölkələrdə yayılması təmin edilib”.

Hesabatda bildirilir ki, xarici ölkə vətəndaşlarının işğal edilmiş ərazilərə qanunsuz səfərlərinin qarşısının alınması istiqamətində ardıcıl iş aparılıb: “Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş əcnəbilər “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş şəxslər siyahısı”na daxil edilib, həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub və onlara münasibətdə Azərbaycanı qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlər görülüb. Görülən işlər nəticəsində bəzi xarici vətəndaşlar Azərbaycan tərəfinə müraciət edərək işğal edilmiş ölkələrə səfər etdiyinə görə üzrxahlıq etmiş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdığını və ölkəmizin qanunvericiliyinə bələd olmadığını bildirərək adlarının müvafiq siyahıdan çıxarılmasını xahiş ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR