Berlinin Şenenfeld hava limanının bir terminalı bağlanıb.
APA-nın “RİA-Novosti”-ə istinadən verdiyi məlumata görə, hava limanının A terminalında sahibi olmayan şübhəli əşya aşkarlanıb. Əvvəl terminalın bir hissəsi, sonra tamamı bağlanıb. Hazırda polis şübhəli əşyanı müayinə edir.