Azərbaycanda “Maye-Qaz Xidməti” şirkəti ləğv olunur

Azərbaycanda “Maye-Qaz Xidməti” şirkəti ləğv olunur
# 17 fevral 2016 06:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin aprelin 11-də “Maye-Qaz Xidməti” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda ASC-nin 2015-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabatının dinlənilməsi və baş direktorun vəzifədən azad edilməsi, cəmiyyətin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılacaq.

Yığıncaqda cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar ləğvetmə komissiyasının yaradılması və ona səlahiyyətin verilməsi, eləcə də digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR