Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə 33 kq-dan artıq qızıl keçirən zərgərlər istintaqa cəlb olunub

Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə 33 kq-dan artıq qızıl keçirən zərgərlər istintaqa cəlb olunub
# 16 fevral 2016 09:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycandan bu ölkənin ərazisinə qaçaqmalçılıq yolu ilə 33 kiloqramdan artıq çəkisi olan xalis qızıl külçələrin keçirilməsinin qarşısını alıb.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşlarının avtomobilindən 33 kiloqram 576 qram çəkidə 39 ədəd qızıl külçə ələ keçirilib.

Adları açıqlanmayan 30 və 32 yaşlı Azərbaycan vətəndaşları istintaqa cəlb olunublar. Dindirilmə zamanı onlar bildiriblər ki, Azərbaycanda zərgərliklə məşğul olublar. Qızıl Türkiyəyə gətirilməsinə gəlincə, onların sözlərinə görə, qonşu ölkədə qızılın qiymətinin yüksək olması onları bu addımı atmağa sövq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR