Parisdə “Normand dördlüyü” liderlərinin görüşü keçiriləcək

Parisdə “Normand dördlüyü” liderlərinin görüşü keçiriləcək
# 11 oktyabr 2016 01:09 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 19-da Ukrayna üzrə “Normand dördlüyü” liderlərinin növbəti görüşü keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bəyan edib.

Onun sözlərinə görə, görüşün oktyabrın 19-da Parisdə keçirilməsi nəzərdə tutulub.

Ukrayna mətbuatının yazdığına görə, toplantının keçirilməsinə Almaniya kansleri Angela Merkel təkid edib. “Normand dördlüyü”nün digər liderləri Vladimir Putin, Fransua Olland və Pyotr Poroşenko görüşə razılıq veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR