Bakı. Hafiz Heydərov –APA. Azərbaycanda saxta pulları dövriyyəyə buraxan şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Yadigar Əliyevdən 6 ədəd saxta 50 manatlıq əsginas aşkarlanaraq götürülüb.