Gürcüstanda 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.
Bildirilib ki, yerli vaxtla saat 08:58-də baş vermiş zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında qeydə alınıb.