Gürcüstanda daha bir torpaq sürüşməsi baş verib

Gürcüstanda daha bir torpaq sürüşməsi baş verib
# 10 avqust 2023 08:45 (UTC +04:00)

Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub.

Təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo (Yuxarı) Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib. Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb.

APA xəbər verir ki, bu barədə Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatorunun administrasiyası məlumat yayıb.

Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo (Aşağı) Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR