Gürcüstanda son sutkada COVID-19-a 3 382 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 3 382 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb
# 31 oktyabr 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 382 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 719 247, ölənlərin sayı isə 10 045 nəfərə çatıb. Virusa yoluxanlardan 660 518 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR