Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
# 09 avqust 2023 14:41 (UTC +04:00)

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.

Onun öz ifadəsinə görə, hazırda təbii fəlakət zonasında 12 nəfərin axtarışı davam edir.

Temur Mqebrişvili qeyd edib ki, sürüşmənin olduğu doqquz nöqtədə axtarış-xilasetmə əməliyyatları intensiv şəkildə davam etdirilir və artıq böyük bir ərazidə yoxlamalar başa çatıb. O, havanın temperaturunun yüksək olduğunu, bu səbəbdən müəyyən xəstəliklərin yaranması təhlükəsinin olduğunu əlavə edib.

***

11:29

Gürcüstanın Oni bələdiyyəsindəki Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəetməsi Xidmətinin məlumatında bildirilib.

İtkin düşən daha bir neçə nəfərin axtarışlarının davam etdirildiyi qeyd olunub.

Xatırladaq ki, təbii fəlakətlə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR