Hakan Fidan Zelenski ilə görüşüb - FOTO - VİDEO

Hakan Fidan Zelenski ilə görüşüb - FOTO  - VİDEO
# 25 avqust 2023 16:24 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfəri çərçivəsində o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Ukrayna Prezidenti Vladimir Zelenski isə "Facebook" hesabında Türkiyə xarici işlər naziri Hakan Fidanla vacib məsələləri müzakirə etdiyini bildirib.

Onun sözlərinə görə, görüşdə Sülh Formulu, Qlobal Sülh Sammitinə hazırlıq, həmçinin Rusiyanın Qara dəniz taxıl dəhlizini blokadaya alması ilə meydana çıxan risklər müzakirə olunub.

"Mən Ukraynaya davamlı və ardıcıl dəstəyinə görə Türkiyəyə minnətdaram!" - Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR