Bakı-APA. Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in (BMT-nin Uşaq Fondu) icraçı direktoru Entoni Leyk bildirib.
“Əldə etdiyimiz məlumata əsasən, İdlib şəhərində yerləşən məktəb bir neçə dəfə hava hücumuna məruz qalıb. Nəticədə 22 şagird və 6 müəllim həyatını itirib”, deyə E.Leyk qeyd edib.
Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil. BMT-nin hesablamalarına görə, 2011-ci ildən etibarən Suriyada silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan həlak olub.