Emomali Rahmona “müstəqil Tacikistanın yaradıcısı” titulu verilib

Emomali Rahmona “müstəqil Tacikistanın yaradıcısı” titulu verilib
# 26 oktyabr 2016 12:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Tacikistan parlamentinin aşağı palatası ölkə prezidenti Emomali Rahmona “müstəqil Tacikistanın yaradıcısı” titulunu verib.

APA-nın məlumatına görə, bu barədə “Asia Plus” qəzeti məlumat yayıb. Deputatlar bununla bağlı qanunvericilikdəki nəzərdə tutulmuş müvafiq dəyişikliyə yekdilliklə səs verib. Həmçinin aşağı palata Emomali Rahmonun xalqın lideri, sülh və milli birliyin yaradıcı olduğunu göstərən qanuna konstitusiya hüququ verib. Deputatlar xalqın lideri adına təqaüd, fond və orden yaratmaq barədə qərar qəbul ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR