Bakıda binadan liftin avadanlığı oğurlanıb

Bakıda binadan liftin avadanlığı oğurlanıb
# 09 avqust 2016 09:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Xətai rayonunda binalardan birindən liftin avadanlığı oğurlanıb .

Bu barədə APA-ya Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Ellada Məmmədli məlumat verib. O, bildirib ki, yaşadığı binada liftin sarğı detalı oğurlanıb: “Gəncə prospekti 25 ünvanında yaşadığımız binada liftin sarğı detalı oğurlanıb. Həmin detal misdən ibarətdir. Biz məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Hazırda Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır”.

E. Məmmədli bildirib ki, hadisədən sonra lift işləmir: “Biz bununla bağlı Xətai rayon Lift İdarəsinə, Bakı şəhər Lift İdarəsinə, Bakı şəhər Təsərrüfat İdarəsinə müraciət etmişik. Heç bir qurum məsələ ilə maraqlanmır. Xətai rayon Lift İdarəsindən deyirlər ki, həmin qurğudan almaq üçün 110 manat verilməlidir. Biz hər ay lift pulu veririk. İndi nəyə görə əziyyət çəkməliyik?”

Xətai rayon Lift İdarəsindən APA-ya bildiriblər ki, onlar texniki xidmət göstərirlər: “Həmin qurğu oğurlanıb və yenisi alınmalıdır. Biz hansısa detal xarab olanda onu düzəldə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR