“Hazırda Xəzər dənizində və Abşeron yarımadasında qasırğalı küləklərinin sayının azalması və onların istiqamətinin dəyişməsi müşahidə olunur”.
Bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O qeyd edib ki, əvvəllər Xəzər dənizi və Abşeron yarımadasında şiddətli küləklərin sayı çox olub, hazırda şiddətli küləklərin sayı azalıb: “Əvvəllər qasırğalı küləklər şimal və şimal-qərb istiqamətində əsirdisə, hazırda şimal-şərq istiqamətində əsir. Burada adi vətəndaş üçün qeyri-adi heç nə yoxdur. Amma adi məsələ deyil. Bunun ardınca çox böyük problemlər baş verə bilər. Ekosistemdə bu cür dəyişiklik qlobal dəyişiklikdir. Qasırğalı küləklərin azalması həm bitki, həm flora-fauna aləminə, həm də insanların yaşayış tərzinə çox ciddi təsir göstərən amildir. Biz bu siqnala adaptasiya olmalıyıq”.