Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilməyib

Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilməyib
# 17 avqust 2016 14:48 (UTC +04:00)



Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib.



Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR