İran Lozanna görüşündə iştirakını təsdiqləyib - YENİLƏNİB

İran Lozanna görüşündə iştirakını təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB
# 15 oktyabr 2016 04:08 (UTC +04:00)

Bakı-APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrədə Suriyaya dair görüşdə iştirak edəcək.

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi bəyan edib.

“Xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Lozannaya səfər edəcək”, deyə B.Qasımi bildirib.

Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.

***

00:12

Bakı-APA. İranın nümayəndə heyəti oktyabrın 15-də Lozannada keçiriləcək Suriya böhranı üzrə çoxtərəfli danışıqlara qatılacaq.

APA-nın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalına İran XİN-dəki mənbə bildirib.

Onun sözlərinə görə, Misir və İraq danışıqlarda iştiraklarını təsdiq etdikdən sonra İran da görüşə qatılmağa qərar verib. İnformasiya hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl “Tasnim” agentliyi hökumətdəki mənbəyə istinadən İranın Lozanna görüşündə iştirak etməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR