Corciya ştatının qubernatoru Xocalı qətliamını növbəti dəfə pisləyib

Corciya ştatının qubernatoru Xocalı qətliamını növbəti dəfə pisləyib
# 29 fevral 2016 06:52 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Corciya ştatının qubernatoru Netan Dil (Nathan Deal)Xocalı qətliamını növbəti dəfə pisləyib.

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Məlumatda qeyd olunub ki, qubernatoru Netan Dil bəyanat imzalayaraq, Xocalı qətliamını növbəti dəfə kəskin şəkildə pisləyib. Bu, Corciya qubernatorunun Xocalı faciəsi ilə bağlı ikinci bəyanatıdır. Birinci bəyanat 2015-ci ildə imzalanıb.

Baş Konsulluğuna daxil olmuş bəyanatda qubernator N.Dil Xocalı qətliamının 24-cü ildönümü ilə əlaqədar bu qətliamın qurbanlarını yad edən geniş ictimaiyyətə qoşulduğunu elan edir və bununla bağlı öz dərin kədərini ifadə edir. Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı 1992-ci ildə 600 nəfərdən çox mülki şəxsin ölümü ilə nəticələnmiş amansız bir qətliama məruz qalıb. Qeyd olunur ki, belə dəhşətli zorakılıqların bir daha təkrarlanmaması üçün bu kimi hadisələrin unudulmaması, eləcə də, qətliam qurbanlarının ehtiramla yad olunması önəm daşıyır.

Eyni zamanda, qubernator Corciya ştatı sakinlərinin və digər ictimaiyyət nümayəndələrinin Xocalı dəhşətləri barədə daha ətraflı məlumatlandırılması üçün səylərin davam etdiriləcəyindən ümidvar olduğunu vurğulayır.

Qubernator N.Dil sənədin sonunda bildirir: "Qoy, tarix səhifələrinə bir daha belə faciələr qara ləkə kimi düşməsin!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR