Dövlət büdcəsinə gömrük daxilolmaları 2,3 dəfə artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları 2,3 dəfə artıb
# 14 oktyabr 2016 14:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 227 mln. 649,9 min manat təşkil edib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 127 mln. 350,87 min manat və ya 2,27 dəfə çoxdur.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, avqust ayı ilə müqayisədə bu göstərici 16 mln. 436,7 min manat və ya 6,73% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 56 mln. 971,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 160,3 min manat, aksizlər üzrə 7 mln. 952,4 min manat, yol vergisi üzrə isə 2 mln. 425,7 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR