Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.
Palatadan “APA-Economics”ə verilən məlumata görə, iclası zamanı həmçinin lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası,müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-a çevrilməsinə dair razılıq verilib.