Bakı-APA. 2016-cı ildə Şimali və Cənubi Amerika ölkələrində 20 jurnalist öldürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Amerikaarası mətbuat cəmiyyətinin prezidenti Pyer Maniqo bəyan edib.
“Onlardan 11-i Meksikada öldürülüb”, deyə P.Maniqo təşkilatın Mexikoda keçirilən toplantısında bildirib.
Onun sözlərinə görə, 2000-ci ildən etibarən Meksikada 115 KİV nümayəndəsi qətlə yetirilib, 20-si itkin düşüb, jurnalistlərə qarşı 50 hücum faktı qeydə alınıb.