NATO: Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu deyil

NATO: Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu deyil
# 10 avqust 2016 13:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu deyil”.

APA-nın məlumatına görə, bu barədə NATO sözçüsünün Türkiyədəki çevriliş cəhdi ilə bağlı təşkilatın mövqeyi barədə rəylərə dair açıqlamasında deyilir.

Bildirilir ki, NATO Türkiyənin davamlı töhfələrinə güvənir, Türkiyə də NATO-nun həmrəyliyinə və dəstəyinə güvənə bilər: “Türkiyə NATO-nun ortaq səylərinə töhfə verən dəyərli müttəfiqdir. Bizim alyans kollektiv müdafiə prinsiplərinə sadiqdir və demokratiya, şəxsi azadlıq, insan haqları, qanunun aliliyi prinsipləri üzərində qurulub. NATO baş katibi Yens Stoltenberq Türkiyədə çevrilişə cəhdlə bağlı Tükiyə xarici işlə naziri Mövlud Çavuşoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla danışıb, çevriliş cəhdini sərt şəkildə pisləyərək Türkiyənin demokratiya institutlarına tam dəstəyini vurğulayıb. O, Türkiyənin seçilmiş hökumətinə dəstəyini və Türkiyə xalqının cəsarətinə hörmətini ifadə edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR