İSB depozitlərdən 1,3 mln. manat gəlir əldə edib - SİYAHI

İSB depozitlərdən 1,3 mln. manat gəlir əldə edib - <span style="color: red;">SİYAHI
# 08 may 2017 11:10 (UTC +04:00)

İcbari Sığorta Bürosunun (İSB) Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği açıqlanıb.
 

"APA-Economics" İSB-nin 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, Büro ötən il banklarda 9,8 mln. manat, 8 mln. 631,514 min dollar və 5 mln. 614,567 min avro məbləğində depozit yerləşdirib.
 

Hesabatı təhlil edəndə məlum olur ki, İSB 6 yerli və "KBC Bank" adlı xarici bankın müştərisidir. Belə ki, İSB "Bank Standard" QSC-də 2,5 mln. manat və 1 mln. 912,900 min dollar, "AGBank" ASC-də 2 mln. 488,200 min dollar, "PAŞA Bank" ASC-də 1,950 mln. manat, 1,350 mln. dollar və 500 min avro, "AccessBank" QSC-də 1,550 mln. manat və 449 min dollar, "Yapı Kredi Bank Azərbaycan" QSC-də 1,600 mln. manat və 1,159 mln. dollar, "Azər Türk Bank" ASC-də 498,956 min dollar, eləcə də "KBC Bank"da 5 mln. 2,447 min avro məbləğində depozit yerləşdirib.
 

Büronun banklarda yerləşən depozit hesablarından ötən il 1 mln. 336,042 min manat məbləğində faiz gəliri daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR