Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.30 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 14-cü kilometrliyində, rayonun Qaragüney kəndi ərazisində baş verib. “Qazel” markalı avtomobil yolu keçən rayonun Osmanlı kənd sakini, 1983-cü il təvəllüdlü İbayev Elməddin Tarıverdi oğlunu vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.