İrəvan Ankara ilə münasibətləri normallaşdırmaq üçün substantiv danışıqlar gözlədiyini açıqlayıb

Ruben Rubinyan

© APA | Ruben Rubinyan

# 18 yanvar 2022 03:18 (UTC +04:00)

“İrəvan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”.

APA-nın məlumatına görə, bunu Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

Rubinyanın sözlərinə görə, İrəvan gözləyir ki, növbəti görüşdə Ankara ilə daha substantiv danışıqlar olacaq: “Əgər gündəm kifayət qədər ciddi və substantiv olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma mən bu mövzu haqqında danışmağı tez hesab edirəm”.

O, əlavə edib ki, əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır: “İkincisi, diplomatik münasibətlərin qurulmasıdır. Biz mümkün olan hər şeyi edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR