İspaniya XİN Britaniyaya nota verib

İspaniya XİN Britaniyaya nota verib
# 30 avqust 2023 11:53 (UTC +04:00)

İspaniya Xarici İşlər Nazirliyi Cəbəllütariq sularında baş vermiş hadisələrlə bağlı Böyük Britaniyaya nota göndərib.

APA “El Pais” nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniya hökuməti məlumat yayıb.

Rəsmi Madrid ölkənin yurisdiksiyasına daxil olan sularda Böyük Britaniyanın hərəkətlərinə kəskin etiraz edib.

Nəşrin sözlərinə görə, ilk insident 1 avqustda Panama bayrağı altında üzən tankerin İspaniya sularına yanacaq tökməsi ilə baş verib.

İkinci hadisə 14 avqustda olub və Gömrük Nəzarəti Xidmətinin gəmisi Böyük Britaniyanın üç gəmisinin İspaniya sularında fəaliyyətinin qarşısını alıb.

Bunun ardınca 21 avqustda İspaniyaya məxsus balıqçı qayığı Britaniya gəmiləri tərəfindən təqib olunub və onlar İspaniya sularına daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR