İsveç Baş naziri: Ölkəmiz NATO üzvü kimi müdafiə xərclərini artıracaq

İsveç Baş naziri Ulf Kristersson

© APA | İsveç Baş naziri Ulf Kristersson

# 11 mart 2024 14:50 (UTC +04:00)

"Ukrayna cəsarətlə həm öz azadlığı uğrunda savaşır, eyni zamanda, Avropanın müstəqilliyini müdafiə edir".

APA xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson NATO baş qərargahında ölkəsinin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlamasında deyib.

Baş nazir bildirib ki, onun ölkəsi Ukraynanın müdafiəsinə hərbi dəstək verir.

Kristersson əlavə edib ki, İsveç öz hərbi imkanlarını ikiqat gücləndirir. "Bu gündən etibarən İsveç NATO-nun hərbi büdcə xərcləri ilə bağlı standartına uyğun olaraq müdafiə xərclərini ÜDM-nin 2 faizi edir. Biz buna uzun müddətdir hazırlaşırıq".

O, NATO-nu "ev" adlandırıb və deyib ki, bu gündən İsveç də bu "evin üzvü"dür.

"Bu gündən bizim üçün yeni era başlayır, biz "NATO-nu izləmək" mərhələsindən "NATO olmaq" mərhələsinə keçirik", - Baş nazir Ulf Kristersson deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR