Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda intihar hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 27-də saat 17:30 radələrində rayonun Parakənd qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 47 yaşlı Sevda Hacıbala qızı Dəmirova yaşadığı evdə ipək yaylıqla özünü asıb. Bu barədə qohumları xəbər tutub və dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Amma həkimlərin səylərinə baxmayaraq S.Dəmirovanın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, S. Dəmirova əvvəllər də bir neçə dəfə intihara cəhd göstərib. Lakin yaxınları buna mane ola biliblər.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.