KİV: Rusiyanın atdığı raket Zelenskinin avtomobil karvanına yaxın düşüb

KİV: Rusiyanın atdığı raket Zelenskinin avtomobil karvanına yaxın düşüb
# 07 mart 2024 11:17 (UTC +04:00)

Rusiyanın atdığı raket Zelenski və Mitsotakisin avtomobil karvanından 500 metr aralıda düşüb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, raketin partlayışı avtomobil karvanında ciddi şəkildə hiss olunub, amma nümayəndə heyətlərində heç kim xəsarət almayıb.

Xatırladaq ki, dünən Odessada Zelenski və Yunanıstanın Baş nazirinin avtomobil karvanına raket hücumu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR