Kuleba Aİ Xarici İşlər Şurasının iclasına dəvət olunub

Kuleba Aİ Xarici İşlər Şurasının iclasına dəvət olunub
# 03 aprel 2024 19:43 (UTC +04:00)

Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin ofisi məlumat yayıb.

Görüşdə Rusiya-Ukrayna müharibəsində son vəziyyət müzakirə olunub. Cozep Borrel deyib ki, Rusiyanın hücumları Aİ-nin Ukraynaya dəstəyi ilə bağlı qətiyyətini daha da gücləndirir, Aİ-yə üzv ölkələr Ukraynaya hərbi yardımla bağlı daha çox və sürətli addımlar atacaq. Cozep Borrel Aİ-nin Ukraynanın sülh formulunu dəstəklədiyini bəyan edib

Aİ Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Dmitri Kulebanı aprelin 22-də Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında iştirak etməyə dəvət edib. İclasa Ukrayna müdafiə naziri də dəvət olunub.

Cozep Borrel Ukraynanı mayın 6-da Brüsseldə keçiriləcək Aİ-Ukrayna Müdafiə Sənayesi Forumuna həmsədrlik etməyə dəvət edib. Forumda Ukraynanın ehtiyacları və Aİ ölkələrinin Ukrayna dəstəklərinin daha yaxşı koordinasiya olunması müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR