Kuleba Aİ XİN rəhbələrini Ciddədəki danışıqlar barədə məlumatlandıracaq

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 31 avqust 2023 11:01 (UTC +04:00)

Bu gün İspaniyanın Toledo şəhərində keçiriləcək Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşündə Ukrayna xarici işlər naziri Dmitri Kuleba həmkarlarını son vəziyyətlə bağlı məlumatlandıracaq.
APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel qeyri-formal görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Ukrayna XİN rəhbəri Ciddədə keçirilən danışıqlar barədə bizi məlumatlandıracaq və biz həmçinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasındakı müzakirələr barədə danışacağıq. Biz Prezident Zelenskinin Sülh Formulunun daha necə təşviq edə bilərik bunu müzakirə edəcəyik. Dünən müdafiə nazirlərinin qeyri-formal görüşündə biz hərbi - müdafiə məsələləri barədə danışırdıqsa, bu gün biz diplomatik məsələlərə yönələcəyik yalnız müharibə barədə deyil, müharibəni necə sonlandırmaq barədə danışacağıq.
Biz həmçinin Rusiyanın təsiri, müharibənin dünya üçün nəticələri barədə müzakirələr aparacağıq", - Borrel bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR