Kuleba Makronla görüşüb

Kuleba Makronla görüşüb
# 30 avqust 2023 17:46 (UTC +04:00)

Parisdə səfərdə olan Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri "Twitter" hesabında bildirib.

Görüşdə Ukraynaya əlavə hərbi dəstək, Sülh Formula koalisiyasının genişləndirilməsi, Afrika qitəsindəki və digər ölkələrə Ukrayna taxılının ixracı müzakirə olunub.

"Fransanın Ukraynaya davamlı dəstəyini bir daha təsdiqlədiyi üçün Prezident Makrona təşəkkür etdim", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR