Cənub bölgəsində arıların 40 faizi tələf olub

Cənub bölgəsində arıların 40 faizi tələf olub
# 17 aprel 2017 22:27 (UTC +04:00)

Azərbaycanın cənubunda gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub.

 

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara sakini, uzun illərdir, arıçılıqla məşğul olan Yaşar Ağayev bildirib  ki, bu il çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər.

 

Səbəb isə gənə xəstəliyinin qarşısını almaq üçün dərman preparatlarının keyfiyyətsiz olmasıdır.

 

Astara Arıçılar Assosiasiyasının sədri Arif Nəzirov bildirib ki, artıq müvafiq qurumlar vəziyyətdən xəbərdardır: "Problem vaxtında həll olunmasa, arıların yenidən kütləvi qırılma halı baş verə bilər".

 

Qeyd edək ki, fermerlər bu il balın qiymətinin yüksək olacağını ehtimal edirlər. Çünki arı ailələri kütləvi qırıldığı halda, məhsuldarlıq azalacaq, bu da balın qiymətinə təsirsiz ötüşməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR