Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb
# 03 noyabr 2016 05:07 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib.

T. Musayev apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Musayev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunub.

T. Musayev Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR