Macarıstan parlamenti gələn həftə İsveçin NATO-ya daxil olmasını təsdiqləyə bilər

Macarıstan parlamenti gələn həftə İsveçin NATO-ya daxil olmasını təsdiqləyə bilər
# 20 fevral 2024 11:58 (UTC +04:00)

Macarıstanın hakim partiyası FİDES - Macarıstan Vətəndaş İttifaqı fevralın 26-da İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyası ilə bağlı parlamentdə səsvermənin keçirilməsini təklif edib.

APA xəbər verir ki, bu barədə fraksiya lideri Mate Koçiş bildirib.

O, bu təkliflə Macarıstan parlamentinin spikeri Laslo Keverin adına məktub göndərib.

“Fevralın 26-da İsveç Krallığının Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olması barədə sazişin ratifikasiyası məsələsini parlamentin iclasının gündəliyinə daxil etməyi təklif edirik”, - fraksiya liderinin müraciətində bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR