Macarıstanda Ukraynaya yardıma vetonun götürülməsi şərtini açıqlayıb

Macarıstanda Ukraynaya yardıma vetonun götürülməsi şərtini açıqlayıb
# 13 dekabr 2023 05:27 (UTC +04:00)

Macarıstan Ukraynaya Avropa İttifaqından yardım göstərilməsi ilə bağlı vetodan imtina etməyə hazırdır.

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” Macarıstan baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balazs Orbana istinadən məlumat yayıb.

Hazırda Macarıstan Aİ-nin 2024-2027-ci illəri əhatə edən uzunmüddətli büdcəsində Ukraynaya makromaliyyə yardımı üçün 50 milyard avro ayrılmasını nəzərdə tutan artımın qarşısını alır. Bundan əlavə, Budapeşt Aİ-nin dekabrın 14-15-nə planlaşdırılan sammitində Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına qarşıdır.

Müşavir bildirib ki, Macarıstan Avropa fondlarından onun üçün nəzərdə tutulan vəsaitin buraxılması müqabilində vetonu ləğv etməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR