Xarici dil dərsliklərinin hazırlanmasında yeniliklər ediləcək

Xarici dil dərsliklərinin hazırlanmasında yeniliklər ediləcək
# 01 may 2017 11:12 (UTC +04:00)

Azərbaycanda xarici dil dərsliklərinin hazırlanması istiqamətində yeniliklər ediləcək.

 

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici universitetlərdən hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən istifadə olunacaq.

 

Onun sözlərinə görə, hazırda bu  imkanlara baxılır, qarşılıqlı müzakirələr aparılır. M.Cabbarov qeyd edib ki, bu istiqamətdə islahatlar gələcəkdə də davam edəcək: “Təhsilin məzmunu, xüsusilə informatika və xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR