Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhər sakinindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəfayel Baratpurun evinə baxış zamanı “Makarov” markalı tapança və 11 ədəd patron aşkar edilərək götürülüb.