Azərbaycanın Efiopiyadakı səfiri I Avropa Oyunlarından danışıb

Azərbaycanın Efiopiyadakı səfiri I Avropa Oyunlarından danışıb
# 02 iyun 2015 18:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Afrika İttifaqı yanında daimi nümayəndə Elman Abdullayevin Efiopiyanın aparıcı mətbuat orqanı olan“The Ethiopian Herald” qəzetində “Bakı 2015 Avropa Oyunları gerisayımda” başlıqlı növbəti müsahibəsi dərc olunub.

Səfirlikdən APA-ya daxil olan məlumata görə, səfir E.Abdullayev müsahibəsində Azərbaycanda keçiriləcək “Bakı 2015 İlk Avropa Oyunları” haqqında geniş məlumat verib. I Avropa Oyunlarında 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak edəcəyini bildirən səfir Azərbaycanın bu mötəbər tədbirə tam hazır olduğunu qeyd edib. Səfir ölkəmizdə ən müasir idman komlekslərinin mövcud olduğunu vurğulayıb.

E. Abdullayev bu il aprelin 26-da Bakıda I Avropa Oyunlarının məşəlinin alovlandırıldığını vurğulayıb. O, Oyunlarda 15 min nəfərdən artıq könüllünün fəaliyyət göstərəcəyini də bildirib.

Müsahibədə səfir həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi, sosial layihələr barədə məlumat verib, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR