Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı olub.
Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, cinayət içi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.