Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib

Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib
# 01 sentyabr 2016 16:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. 

Günel İsmayılova ifadəsində bildirib ki, təqsirləndirilən şəxs F. Hüseynov ona və bacısını hədələyib: “Fədail bizim qohumumuzdur. O, 2014-cü ilin noyabrın 23-də evimizə gəldi, bacımı və məni hədələdi, atamızı döydü. Biz də polisə şikayət etdik”. 

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək. 
 
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb. Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu müəyyənləşdirilib. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR