Ağdaşda ağaca çırpılan "Hummer"də sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib

Ağdaşda ağaca çırpılan "Hummer"də sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib
# 04 avqust 2016 07:04 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində “HUMMER” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:57-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR