Salyanda 81 yaşlı kişi gölə yıxılaraq boğulub

Salyanda 81 yaşlı kişi gölə yıxılaraq boğulub
# 27 fevral 2016 17:56 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 81 yaşlı kişi göldə boğulub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Şorsulu kənd sakini, 1935-ci il təvəllüdlü Əhmədov Ağaqasım Əbülqasım oğlu gölə yıxılaraq boğulub. Onun meyiti sudan çıxarılaraq, Salyan Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində müayinə olunub. Həmin şəxsin suda boğulması təsdiqini tapıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR