Heydər Əliyevin doğum günü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirilib

Heydər Əliyevin doğum günü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirilib
# 10 may 2017 13:50 (UTC +04:00)

Heydər Əliyevin doğum günü ilə əlaqədar Azərbaycanın şəhər və rayonlarında Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib.

 

APA-nın xəbərinə görə, 2016-cı ildə Gül bayramının yeni formatda – ölkənin bütün şəhər və rayonlarında yaşıllaşdırma aksiyaları təşkil etməklə keçirilməsi barədə qərar qəbul olunub. Builki yaşıllaşdırma aksiyası ümumxalq kampaniyasına çevrilib, tədbirlərdə respublika üzrə 113278 nəfər iştirak edib. Ümumilikdə, ölkənin şəhər və rayonlarında 232 min 448 ağac əkilib.

 

Əkilmiş ağacların çeşidi geniş olub - 54 min 107 şam, 23 min 582 çinar, 10 min 77 qovaq, 21 min 742 söyüd, 10 min 422 zeytun, 8782 nar, 8189 akasiya, 16 min 471 ağcaqayın, 9785 göyrüş.

 

Yaşıllaşdırmada yerli iqlim şəraitinə uyğun ağac növlərinə üstünlük verilib, istifadə olunan bütün tinglər yerli təsərrüfatlarda yetişdirilib.

 

Bakı şəhərində keçirilmiş aksiyada 4600 nəfər iştirak edib, 90 min kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılıb, 9 min ağac, habelə 10 min dekorativ ağac və gül kolları əkilib.

 

Sumqayıtda 26 min 841, Gəncə şəhəri, Abşeron, İsmayıllı, Şəmkir, Neftçala rayonlarında 10 min, Yevlax şəhəri, Kürdəmir və Gədəbəy rayonlarında 7000-dən artıq, həmçinin Sabirabad, İmişli, Biləsuvar, Salyan rayonlarında 5000-dən çox ağac əkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR