Rusiyada qətl törədən şəxs Azərbaycan Ali Məhkəməsinə müraciət edib

Rusiyada qətl törədən şəxs Azərbaycan Ali Məhkəməsinə müraciət edib
# 25 yanvar 2016 07:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rusiyada qətl törətməkdə təqsirləndirilən Rəşad Qəmbərov barəsində olan məhkəmə hökmündən kassasiya şikayəti verib.

 

APA-nın məlumatına görə, onun şikayətinə yanvarın 27-də Ali Məhkəmədə baxılacaq.


Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rəşad Qəmbərov ötən il fevralın 1-də könüllü olaraq Sumqayıt şəhər Polis İdarəsinə gələrək təslim olub. Araşdırmalar zamanı onun Rusiya vətəndaşını qətlə yetirdiyi məlum olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Qəmbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra o, kassasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR