DİM “Azərbaycan dili”ndən “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib

DİM “Azərbaycan dili”ndən “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib
# 11 aprel 2017 11:55 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

 

DİM-dən APA-ya verilən xəbərə görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul  imtahanında iştirak edə bilərlər. Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR